AYB-nin Mətbuat Xidmətinin rəhbəri Xəyal Rza ziyarətlə bağlı reportaj hazırlayan bölgə qəzetlərindən birinə müsahibəsi zamanı bildirdi ki, xalqımızın tarixində qara hərflərlə yazılmış bu soyqırımı təkcə Qubada deyil, eyni zamanda azərbaycanlılara qarşı İrəvanda, Naxçıvanda, Qarabağda, Şamaxıda, Lənkəranda həyata keçirilmişdir.
Üstündən illər keçsə də tarixi həqiqətlərin üzə çıxması, erməni vəhşiliyinin artıq dünya ictimaiyyəti tərəfindən tanınması onu deməyə əsas verir ki, bu gün başımıza gətirilən faciələrin, soyqırımların, deportasiaların dünyada təbliği üçün dövlətimiz tərəfindən mühüm işlər görülür, dünyanın hansı ölkəsində yaşamasından, siyasi əqidəsindən asılı olmayaraq hər bir azərbaycanlı bu haqq işimizə əməli dəstək verir.
Tədbirdə diqqət çəkən məqamlardan biri də bu idi ki, AYB Gənclər Şurasının üzvlərinin komleksi ziyarətindən xəbər tutan Quba Rayon Polis Şöbəsinin rəhbərliyinin göstərişi ilə Şöbənin bir qrup əməkdaşı da Memorialı Gənclər Şurasının üzvləri ilə birlikdə ziyarət etdilər.
AYB Mətbuat Xidməti