Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aprel ayının 1-də dünyasını dəyişən Azərbaycanın görkəmli Xalq yazıçısı İsa Hüseynov (Muğanna) ilə vida mərasimi keçirilib. Mərasimdə dövlət xadimləri, Prezident Aparatının vəzfəli şəxsləri, ədəbiyyat xadimləri iştirak ediblər. Vida mərasimində Xalq yazıçıları Anar, Elçin, Nəriman Həsənzadə, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev çıxış ediblər. Xalq yazıçısı Anar İsa Muğannanın Azərbaycan ədəbiyyatındakı əvəzsiz xidmətlərindən, ədəbiyyatımızdakı önəmindən söz açıb. “Tez-tez zəngləşirdik... sonuncu dəfə Novruz bayramında zəng etmişdim, bayramını təbrik etdim. Özünü çox yaxşı hiss edirdi. Səsindən hiss etdim ki, gümrahdı. Düşünürdüm ki, İsa hələ uzun illər ömür sürəcək. Allah rəhmət eləsin!” deyə AYB sədri çıxışını bu cümlələrlə tamamlayıb.
Xatlrladaq ki, görkəmli Xalq yazıçısı I Fəxri Xiyabanda torpağa tapşırılacaq.
AYB Mətbuat Xidməti