Saytlarda yayılan məumatlara görə guya Xalq yazıçısı Anarın "Səhra yuxuları" əsərinin səhnələşldirilməsinə Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov tərəfindən qadağa qoyulub. Və bundan sonra guya Xalq yazıçısı Mədəniyyət və Turizm nazirinə müraciət etsə də, məsələ öz həllini tapmayıb. AYB.az saytı Azərbaycan Yazıçılar Birliyinin sədri Anardan yayılmış məlumatlara münasibət öyrənib. "Mən bu əsərlə bağlı nə İsrafil İsrafilova, nə də Mədəniyyət və Turizm Nazirliyinə müraciət etməmişəm." - deyə Xalq yazıçısı məsələyə aydınlıq gətirib.
AYB Mətbuat Xidməti