Xalq yazıçısına Belarus respublikasının döş nişanı təqdim edilib




Azərbaycan Milli Kitabxanasında dünya şöhrətli yazıçı, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayevlə görüş keçirilib.

Görüşdə Rusiyanın ölkəmizdəki  Fövqəladə və Səlahiyyətli səfiri  Vladimir Doroxin, Belarus respublikasının Fövqəladə və Səlahiyyətli səfiri Nikolay Patskeviç, Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri, şair Çingiz Əlioğlu və başqa tanınmış insanlar iştirak ediblər. Tədbiri Milli Kitabxanaın direktoru Kərim Tahirov açaraq Çingiz Abdullayevin yaradıcılığından danışıb. Daha sonra Çingiz Əlioğlu, Rusiya səfiri Vladimir Doroxin, Belarus səfiri Nikolay Patskeviç də görüş iştirakçılarına Xalq yazıçısı haqqında fikirlərini çatdırıblar. Tədbirin yekununda Belarus səfiri cənab Nikolay Patskeviç Çingiz Abdullayevə ədəbiyyat sahəsindəki xidmətlərinə görə Belarus respublikasının döş nişanını təqdim edib.

 

AYB Mətbuat Xidməti

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə