Türkiyə və Azərbaycan mətbuatda geniş qeyd olunduğu kimi, yaxın günlərdə İstanbul Böyük Şəhər Bələdiyyəsi Topkapı “Türk Dünyası Kültür Evləri” A.Ş. Mərkəzi”ndə Azərbaycanın ünlü şairi, ustad Məhəmmədhüseyn Şəhriyarın vəfatının 25-ci ildönümü ilə əlaqədar olaraq anım mərasimi keçirilib.
İstanbul Türkiyə-Azərbaycan Dərnəyi (İST-TAD), Azərbaycanın İstanbuldakı Baş Konsul-luğu və İstanbul Böyük Şəhər Bələdiyyəsinin təşkil etdiyi mərasim Dos.dr. Esmira Fuadın (Şükürova) “Muhammed Hüseyin Şehriyar” kitabının Türkiyə nəşrinin təqdimatı ilə başlayıb. Daha sonra tədbir iştirakçıları Məhəmmədhüseyn Şəhriyar haqqında TRT “Avaz”ın çəkdiyi sənədli filmdən fraqmentləri izləyiblər. İST-TAD-ın rəhbəri Səfər Qaraqoyunlu, “Topkapı Türk Dünyası Kultur Evləri A.Ş” Mərkə-zinin baş direktoru Nevzat Kütük, Azərbaycanın İstanbuldakı baş konsulluğunun konsulu Emma Heydərova, Prof.Dr.Məhəmməd Nur Doğan, Filologiya üzrə Fəlsəfə doktoru, AMEA Nizami ad. Ədəbiyyat İnstitutu Cənubi Azərbaycan Ədəbiyyatı şöbəsinin aparıcı işçisi Esmira Fuad, Prof.Dr.Mustafa Erkal, şəhriyarşünas alim Yusif Gədikli və başqaları ustad Şəhriyarın həyatı, yaradıcılığı və Türk dünyası ədəbiyyatına təsiri haqqında maraqlı fikirlərini tədbir iştirakçıları ilə paylaşıblar. Qeyd olunub ki, Şəhriyarın bədii yaradıcılığı Azərbaycana tükənməz sevgi, xalqına və Vətəninə ehtiram, türkün şanlı tarixinə, zəngin mədəniyyətinə məhəbbət duyğuları ilə dolu misralarla boyaboydur. Bildirilib ki, Şəhriyar müasir Azərbaycan ədəbiyyatında təkrarolunmaz simadır. O, özünə-məxsus yaradıcılığı, rəvan dili, sadə, eyni zamanda məna çoxqatlılığına malik yaddaqalan ifadələri, aforizmləri, müdrik fikirləri ilə o taylı-bu taylı ədəbiyyatı-mızın inkişafına böyük töhfələr verən qüdrətli sənətkarlarımızdandır.
Tədbirə qoşulan hər kəsi salamlamaqla çıxışına başlayan Topqapı “Türk Dünyası Kültür Evləri” A.Ş. genəl müdiri Nevzat Kütük Türk Cümhuriyyətlərinin Baş konsulluqları ilə birlikdə Türk Dünyasını aydınladan şəxsiyyətləri anma proqramları düzənlədiklərini iştirakçıların diqqətinə çatdırdı və daha öncə də Çingiz Aytmatovu və Zəki Vəlidi Toganı anma proqramları düzənlədiklərini xatırlatdı. N.Kütük Türk Dünyasının böyük şairi Məhəmmədhüseyn Şəhriyarı anma proqramında əməyi olanlara və bütün iştirakçılara təşəkkürünü bildirdi.
Çıxışlardan sonra mərasim bədii hissə ilə davam edib. İstanbulun məşhur “Qafqaz ulduzları” rəqs qrupunun ifaları, rəngarəng musiqilər, gənc vokalçı Elgü-nün mahnıları maraqla qarşılanıb. “Kultur A.Ş” Mərkəzində Şəhriyarın həyat və yaradıcılığından bəhs edən rəsmlər də sərgilənib. Anım mərasimində Azərbaycan diasporunun nümayəndələri, İstanbuldakı diplomatik korpusun təmsilçiləri, Türkiyə ictimaiyyətinin tanınmış simaları, elm və mədəniyyət xadimləri, müxtəlif təhsil ocaqlarının müəllim və tələbələri, jurnalistlər iştirak edib.
Daha sonra özəlliklə Şəhriyarın həyatı və yaradıcılığı ilə ilgili araşdırma-larıyla tanınan alim, yazıçı-publisist Esmira Fuad şairin adını daşıyan və vəfatının 25-ci ildönümü münasibətilə İstanbulda “Atlantis”in bir markası olan “Peon Kitap” yayınları sırasında çıxmış “Muhammed Hüseyin Şehriyar” kitabını programa katılanlar için imzaladı. Sonda publisist-yazar Esmira Fuad möhtəşəm tədbirin gerçəkləşməsində əməyi olan hər kəsə təşəkkür edərək: “İstanbuldakı “Atlantis” yayın evində basılmış “Muhammet Huseyin Şehriyar (Yaşamı, ortamı, eserleri)” kitabımın yüksək səviyyədə təqdim olunmasına, imza töreninin gerçəkləşməsinə dəstəkçi olan İstanbul Böyük Şəhər Bələdiyyəsi “Kültür A.Ş.”-nin genəl müdiri Nevzat Kütük bəy əfəndiyə, Azərbaycanımızın İstanbuldakı baş konsulluğuna, Baş konsul Həsən Zeynalova və şəxsən konsul Emma Heydərovaya, Türkiyə-Azərbaycan Dərnəyinin (İST-TAD) Başkanı Səfər Qaraqoyunluya və proqramın çıxışçıları-Prof.Dr.Məhəmməd Nur Doğana, Dr.Yusuf Gədikliyə, Prof. Dr.Mustafa Ərkala ve Türk Halk Müziği Sanatçısı Esat Kabaklıya, İpəkyolu Mediya qrupu Başkanı Seyfullah Türksoya, Türk Dünyası Araştırmaları Vakfı təmsilçisi Mətin Köseyə dərin təşəkkürlərimi bildirirəm. İstanbul-Azərbaycan Dostluq, Kültür ve Dayanışma Dərnəyi başqanı Salih Bayraktar və kitabın redaktorları yazar Kəbutər və Leyla Doğana, kitabın türkcəyə uyğunlaşdıran Mətin Özərə, Salih Doğana, Əbdülmətin Kəskinə, Nigar Duyğuya ve digər iştirakçılara cani-könüldən: “Çox sağ olun!” və: “Nə mutlu ki, Türküm!-deyirəm...” Aranızda olmaqdan və bu dərəcədə gözəl ağırlanmaqdan dolayı çox sevincliyim... İyi ki, varsınız! Türk bir bütün olursa, bir araya gəlməyi bacardısa,Türkün qolu bükülmez!”- söylədi...
Tədbirdə iştirakçılara Esmira Fuadın imzası ilə kitablar hədiyyə edilib.
Daha sonra ədəbi saləmdə ən çox təsirləndiyi şairin məhz Şəhriyar olduğunu, “mən nə yazdımsa, Şəhriyarı tanıdıqdan sonra yazdım” deyən Türk xalq musiqisi sənətçisi Esat Kabaklı, Şəhriyarın “Yar qasidi” və “Naz eyləmisən” şeirlərinə yazdığı türküləri, həmçinin “Çırpınırdı Qara dəniz”i ifa etdi. E.Kabaklı-nın türkülərinə protokol mənsubları da qoşuldu.