Avrasiya Yazarlar və Azərbaycan Yazıçılar birlikləri birgə

 

III Beynəlxalq Mahmud Kaşğarlı Hekayə Müsabiqəsinə start verib. Avrasiya Yazarlar Birliyindən verilən məlumata görə, yarışma Azərbaycan, Balkanlar (Qərbi Trakya, Bolqarıstan, Kosova, Makedoniya, Rumıniya) Başqırdıstan, Qaqauz, İraq, İran, Qazaxıstan, Krım, Qırğızıstan, Özbəkistan, Tatarıstan, Türkiyə, Türkmənistan, Uyqurlar, Çuvaşıstan, Hakasiya, Yakutiya, Altay, Tuva, Şimali Kipr Cümhuriyyəti daxil olmaqla, 20-dən artıq ölkəni əhatə edəcək: «III Beynəlxalq Mahmud Kaşğarlı Hekayə Müsabiqəsi türk dillərindən hansısa birini bilən və yarışmaya qatılmaq istəyən hər kəs üçün açıqdır. Yazarlar hansı ölkədə yaşamaqlarından asılı olmayaraq, yazı zamanı istifadə etdikləri türkcəyə uyğun münsiflər heyətinə müraciət edə bilərlər. Müsabiqə 2 turdan ibarətdir. I tur ayrı-ayrı ölkələrdə (yerlərdə) keçirilir. Ölkələr üzrə mükafatlandırılma 3 (üç) yerdən ibarətdir. Ölkələrdən birinci yer tutanların əsərləri Türkiyə türkcəsinə çevrilərək, Türkiyə türkcəsini bilmək şərtilə ayrı-ayrı türkdilli ölkə yazarlarından təşkil edilmiş münsiflər heyətinə təqdim ediləcək. Ölkələrdə əsərlər 30 sentyabr 2014-cü il tarixinə kimi təqdim edilə bilər, ölkələr üzrə qaliblərin adları 1 noyabr 2014-cü ilədək açıqlanacaq. Ölkələrdə mükafatların təqdimatı 2014-cü ilin noyabr ayında olacaq. Ölkələrarası qaliblər seçimi 2014-cü ilin noyabrında, ölkələrarası mükafatların təqdimatı 2014-cü ilin dekabrında Bakı olacaq. İştirakçılar müsabəqə üçün əsərləri bu ünvana göndərə bilərlər: Bakı şəhəri, Ş.Mustafayev küçəsi 27/121, Azərbaycan Tərcümə Mərkəzi binasının 1-ci mərtəbəsi, «525-ci qəzet». Tel: (012)566-9340, (012)566-67-98; mobil: 050 263 72 13

E-mail: cemile525@yahoo.com <mailto:cemile525@yahoo.com>

Cəmilə Ələkbərova».

Müsabiqənin şərtlərinə əsasən, mövzu seçimi sərbəstdir, yarışmaya təqdim ediləcək əsərlər göstərilən ünvana əllə və yaxud poçt vasitəsilə göndərilə bilər. Hekayələr böyük zərfin içinə qoyulmalı və zərfin üstünə müəllifin şərti adı yazılmalıdır, müsabiqəyə heç yerdə çap olunmamış əsərlər təqdim edilməlidir. Yarışmaya ən çox iki

hekayə təqdim etmək olar və təqdim ediləcək hekayələrin ən azı 10.000 (on min) və ən çoxu 30.000 (otuz min) işarə həcmində olması şərtdir.

Məlumatda bildirilir ki, müsabəqiyə təqdim edilə hekayələrin altından müəllifin şərti adı qeyd edilməlidir, şərti addan başqa, müəllifin kimliyini göstərən hər hansı bir işarə əlavə olunarsa, yazı müsabiqədən kənarlaşdırılacaq: «İştirakçı adını, soyadını, ünvanını, avtobioqrafiyasını və 1 (bir) ədəd şəklini ayrı bir kiçik zərfə qoyub, zərfin üstünə şərti adını yazmalıdır. Həmin zərf hekayə olan böyük zərfin içinə qoyulmalıdır. Hekayələr 6 (altı) nüsxədən ibarət olmaqla, 12 ölçülü şriftlə yığılmalı və çap variantında təqdim edilməlidir. Müsabiqədə qalib gəlmiş əsərlər kitab şəklində nəşr olunacaq. Buna görə də zərfin içində yazıların Word proqramında yığılmış variantı CD və yaxud diskə yüklənmiş şəkildə göndərilməlidir. Müsabiqəyə təqdim edilmiş hekayə mətnləri geri qaytarılmır və mətn müəllifi bununla bağlı heç bir haqqa iddia edə bilməz. Müsabiqədə mükafat qazanan əsərlərin bütün hüquqları Avrasiya Yazarlar Birliyinə məxsus olacaq. Münsiflər Heyəti üzvləri və onların ailə üzvləri , doğmaları müsabiqəyə qatıla bilməz».

Ölkələr üzrə birinci yer üçün 1000 TL (Türkiyə lirəsi), ikinci yer üçün 750 TL, üçüncü yer üçün 500 TL məbləğində mükafat nəzərdə tutulub. Beynəlxalq mükafatlar isə məbləği isə ilk yerin sahibi üçün 10.000 TL, sonrakı yerlər üçün müvafiq olaraq 7.500 TL və 5.000 TL təşkil edir. Beynəlxalq həvəsləndirici mükafatın məbləği isə 2.500 Tl-dir.

Müsabiqə Türkiyə Cümhuriyyəti Bakanlik Tanıtma Fondunun dəstəyi ilə həyata keçirilir.

AYB Mətbuat Xidməti

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə