Azərbyacan Yazıçılar Birliyinin İdarə Heyətinin, Ağsaqqallar Şurasının və Təftiş Komissiyasının geniş tərkibdə toplantısı keçirilib.

Toplantını giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar açıb. Bir neçə gün öncə dünyasını dəyişmiş "Azərbaycan" jurnalının nəsr şöbəsinin müdiri, yazıçı-publisist Sara Nəzirovavanın xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra gündəlikdəki məsələlər müzakirə edilib. Ağsaqqallar Şurasının sədrliyinə xalq şairi Vaqif Səmədoğlunun namizədliyi səsə qoyularaq qəbul edilib, sədrin müavinlyinə isə akademik İsa Həbibbəyli təsdiq edilib. Daha sonra Nizamnamə əsas tutularaq AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev Ağsaqqallar Şurasının üzvlüyünə qəbul edilib. “Yazıçılar Birliyinin ən çətin işi üzv olmaq istəyənlərin qəbulu ilə bağlıdır. Ona görə bu məsələnin ciddi müzakirə olunmasını xahiş edirəm”- deyən AYB-nin sədri Qəbul Komissiyasının üzvlərinin adlarını açıqlayıb. Qəbul Komissiyasının sədri Azərbaycanda nəşriyyat işi sahəsində səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilmiş Azər Mustafazadə seçilib. Təftiş Komisiyasının sədri və sədr müavinləri də müzakirə edilib. Sədr professor Qəzənfər Paşayev, müavin isə Əkbər Qoşalı təsdiq ediliblər. Hərbi Vətənpərvərlik Komissiyasına sədr xalq şairi Zəlimxan Yaqub, sədrin müavini görəvinə isə Yasif Nəsirli seçilib. İrs Komisiyyasının sədrliyi Sona Xəyala, Cənubi Azərbaycan Ədəbiyyatı Komissiyasının sədirliyi isə Sayman Aruza həvalə edilib. Toplantıda seksiya rəhbərləri də müzakirə edilib. Şeir seksiyasına Çingiz Əlioğlu, Nəsr seksiyasına Yaşar, Dramaturgiya seksiyasına Firuz Mustafa, Tənqid və publisistika seksiyasına Bəsti Əlibəyli, Uşaq ədəbiyyatı seksiyasına Qəşəm Nəcəfzadə, Tərcümə seksiyasına Pərvin Nurullayeva rəhbərlik edəcək. Toplantıda tanınmış şair, tərcüməçi Səlim Babullaoğlu  Bədii Tərcümə və Ədəbi Ələqələr Mərkəzinin rəhbəri  təyin edilib. “Dünya ədəbiyyatı” jurnalının baş redaktoru tanınmış tərcüməçi, ədəbiyyatşünas Seyfəddin Hüseynli, tanınmış şair Elxan Zal isə “Ulu Çinar” jurnalının baş redaktoru təyin olunublar. “Ədəbiyyat qəzeti”nin baş redaktoru Elçin Hüseynbəyli, müavinləri Azər Turan, Adil Cəmil, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs, müavini İlqar Fəhmi, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, müavinləri Südabə Ağabaliyeva, Əsəd Cahangir, “Literaturnıy Azerbaydjan” jurnalının baş redaktoru Solmaz İbrahimova, müavini Yelizaveta Qasımova, “Qobustan” toplusunun baş redaktoru Vaqif Əlixanlı, müavini Maarif Soltan, “Mir literaturı” qəzetinin baş redaktoru Asim Cəlilov təsdiq edilib. Mükafatlar üzrə münsiflər heyətinə xalq yazıçısı Mövlud Süleymanlı sədrlik edəcək. Toplantı iştirakçılarnın qərarı ilə Mətbuat Xidmətinə rəhbərliyi Xəyal Rza, Analitik İnformasiya Mərkəzinə rəhbərliyi isə Aydın Xan edəcək. Bundan başqa Sabir poeziya günləri keçirən komissiyada fəxri sədr Fikrət Sadıq, sədr Əjdər Ol, Füzuli poeziya günlərini keçirən komissiyada sədr Aqil Abbas, Gənclər Şurasında sədr Elşad Ərşadoğlu, müavin isə Xəyal Rza təsdiq ediliblər. Bununla da toplantı öz işini yekunlaşdırıb.

AYB Mətbuat Xidməti



Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə