Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev cənablarına
Möhtərəm cənab Prezident!
Bu gün bir qrup Azərbaycan yazıçısının, ziyalısının Sizə müraciət etməsinin səbəbi görkəmli
Azərbaycan şairi, istedadlı rəssam Adil Mirseyidin səhhətidir. Artıq xeyli vaxtdır qaraciyər
sirrozundan əziyyət çəkən şairin vəziyyəti təəssüf ki, günü-gündən ağırlaşır və artıq kritik
həddə çatıb.
Çox hörmətli cənab Prezident!
Şair Adil Mirseyid ölkəmizin son 35 illik ədəbi-mədəni həyatında dərin iz qoymuş, çağdaş
Azərbaycan şeirini təzələmiş, estetik planda yeni müstəviyə çıxarmış böyük şairlərimizdən
biridir. Təəssüf ki, o da ədəbiyyat tarixindən adları bəlli bir çox sənətkarlarımız kimi ehtiyac
və evsizlik şəraitində yaşayər, indi isə amansız xəstəliklə üz-üzə dayanmışdır. Məhz bu gün
onun Sizin və Dövlətimizin himayəsi altına alınaraq birdəfəlik və əsaslı şəkildə müalicə
olunmasına ehtiyacı var.
Şairin müalicəsinə yardım etmənizi Sizdən xahiş edirik.
İnanırıq ki, Sizin şəxsinizdə Dövlətimiz həmişəki kimi humanist davranacaq, şair Adil
Mirseyidin müaslicəsinə yardım etməklə həm şairin ailə üzvlərini, həm onun poeziyasını
sevən minlərlə insanı və bütövlükdə isə ədəbi-mədəni ictimaiyyəti sevindirəcəkdir.
Dərin hörmətlə,
Səlim Babullaoğlu,
Xəyal Rza,
Rafiq Həşimov,
Elçin İskəndərzadə,
Şeyx Əbdül,
Nizaməddin Şəmsizadə,
Baba Vəziroğlu,
Rey Kərimoğlu,
İlham Tumas,
Qulu Ağsəs,
Ağalar Bayramov,
Kamil Məhərrəmoğlu,
Elçin Hüseynbəyli