AzNew.az Aktual.az və Kulis.az saytlarında dərc olunan “Yazıçılar Birliyində mülk qalmaqalı” yazısı ilə bağlı Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu AYB.az saytına açıqlama verib:

 "Mənimlə Afaq Məsud arasında ziddiyyətlərin yaranması və yaşanması həqiqətə uyğun deyil, ağ yalandır. Təzə təyinatdan sonra mən Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin məlum binasında olmamışam, Afaq xanımla görüşməmişəm və deməli aramızda da heç bir ziddiyyət baş verməyib. Ümumiyyətlə istənilən məsələnin çox asanlıqla, danışıqla, eyni zamanda qanunlara, hüquqa müvafiq-mübahisəsiz həll olunacağına inanıram. Yeri gəlmişkən, mən Afaq Məsudu təzə görəvi münasibəti ilə təbrik edirəm.."

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə