Birliyin sədri, Xalq yazıçısı bildirir ki, yalnız özünün dediyi sözlərə cavabdehdir, onun adından deyilənlərə yox.
Dediklərinin qərəzli şəkildə təhrif edildiyinə görə, ucuz sensasiya xətrinə sözlərini konteksdən çıxarıb, öz məqsədlərinə uyğun şəkildə təqdim etdiklərinə görə müəyyən mətbuat orqanlarına və bəzi saytlara müsahibə verməyəcəyini bildirən Xalq yazıçısı: “özlərinə zəhmət verib təxribatçı suallarla mənə müraciət etməsinlər, cavab almayacaqlar” - deyib.
AYB Mətbuat Xidməti