Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu şəxsi faceebok səhifəsində açıqlama yayıb. Səlim Babulloğlu açıqlamasında yazıçı Afaq Məsudla görüşdüyünü bildirib. "Bu gün mən öz təşəbbüsümlə Afaq xanımla görüşdüm. Əvvəla onu təbrik etdim.Sonra isə gələcək işlərlə bağlı bəzi məsləhətləşmələr, dəqiqləşdirmələr apardım. Aramızda heç bir gərginlik nə var, nə olub, nə də düşünürəm ki, bundan sonra da ola bilər. O hər şeydən əvvəl mənə görə bizim böyük yazıçımızdır və ona münasibətim həmişə də belə olub..."
AYB.az saytı görüşün məqsədi ilə bağlı Səlim Babullaoğlundan münasibət öyrənib. "Kadr məsələləri, əvvəlki tərkib və yeni tərkiblə bağlı müzakirələrimiz oldu. Bir peşəkar kimi uzun illərdir Tərcümə Mərkəzinə rəhbərik etmiş Afaq Məsudun məsləhətəri də mənim üçün çox önəmli idi."
 AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə