Məhkəmə yekunlaşdı – Ramiq Muxtar üzr istəyəcək!

 


AYB.az saytı xəbər verir ki, dünən Nərimanov rayon məhkəməsində Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri Rauf Aslanovun Ramiq Muxtara qarşı qaldırdığı iddia tələbi təmin olunub. Xatırladaq ki, Rauf Aslanov Ramiq Muxtara qarşı şərəf və ləyaqətinin müdafiəsi, üzr istməsi, dəymiş mənəvi zərərin ödənilməsinə dair iddia tələbi irəli sürmüşdü. Ramiq Muxtar mətbuatda çıxış edərək Rauf Aslanova bir sıra şər və böhtanlar atmış, bundan başqa şərəf və ləyaqətini alçaldan ifadələr işlətmiş, işgüzar nüfuzuna xələl gətirən ittihamlar etmiş, eləcə də xüsusilə ağır cinayət törətməkdə ittiham etmişdi.

Hakim Abbas Əliyevin sədriliyilə 3 ay sürən məhkəmə çəkişməsi Ramiq Muxtarın iddialarnın əsassız olduğunu sübuta yetirmiş, Rauf Aslanovun iddiası qismən təmin edilmişdir. Məhkəmə Ramiq Muxtarın mətbuatda “Azərbaycan Yazıçılar Birliyinin sədrinin müşaviri, mənzil komissiyasının sədri Rauf Aslanovun barəsində yuxarı dövlət orqanlarına ünvanladığım şikayət ərizələrimin və kütləvi informasiya vasitələrinə verdiyim müsahibələrimin dəlillərinin böhtan xarakterli olduğunu etiraf edir və Aslanov Rauf Kərim oğlundan üzr istəyirəm”- məzmunlu təkzib verməsi barədə qətnamə çıxarıb.

AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə