AYB.az xəbər verir ki, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Elçin Hüseynbəyli öz istəyi ilə tutduğu vəzifədən azad edilib. Elçin Hüseynbəyli istefasını qəzetdə işlərin çoxluğu və yaradıcılıq işlərinə vaxtının az qalması ilə əlaqələndirib.
Qeyd edək ki, Elçin Hüseynbəylinin istefasından sonra uzun illər qəzetdə baş redaktor müavini vəzifəsində çalışmış Azər Turan “Ədəbiyyat qəzeti”nə baş redaktor əvəzi təyin edilib. O, oktyabr ayının 1-dən etibarən bu vəzifəni icra edəcək.
AYB.az