AYB.az xəbər verir ki, Rusiyada Mixayıl Lermontovun 200 illik yubileyinə həsr edilmiş “Şeir akademiyası” adlı kitab çap edilib.

Beynəlxalq Ədəbiyyat Fondunun maliyyə dəstəyi ilə çap edilən almanaxda Azərbaycan şairlərinin də şeirlərinə yer ayrılıb. Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq şairi Fikrət Qocanın «Изгнанники рая» şeiri Alla Axundovanın, Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin rəhbəri, filologiya elmləri doktoru Tofiq Məliklinin «Памятник разлуке», «Этюд», «Просьба», «Тяжелая работа» adlı şeirləri İlham Bədəlbəylinin, Azərbaycan Yazıçılar Birliyinin üzvü Nəsib Nəbioğlunun «Растет береза в Mардакянах», «Молюсь за Россию» adlı şeirləri isə N.Qoroxovun tərcüməsində ölkəmiz üçün ayrılmış səhifədə yerləşdirilib. 320 səhifəlik almanax 1000 tirajla çap edilb.

AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə