Moskvanın Mərkəzi Ədiblər Evində xalq yazıçısı Anarla görüş keçirilib.

 

 

Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rzanın APA-ya verdiyi məlumata görə, tədbirdə Azərbaycanın Rusiyadakı səfirliyinin və Ümumrusiya Azərbaycan Konqresinin əməkdaşları, ziyalılar, ictimai xadimlər iştirak edib.

 

Azərbaycan-Rusiya Mədəniyyət və Həmrəylik Mərkəzinin icraçı direktoru Mehman Şükürov, “NORD-İ KO” Mədəni Layihələr Mərkəzinin rəhbəri Gennadi Nord, Azərbaycan Yazıçılar Birliyi Moskva bölməsinin üzvü İlham Bədəlbəyli və başqaları çıxış edərək, Anarın həyat və yaradıcılığı haqqında danışıblar.

 

Anar tədbirin təşkilinə görə Azərbaycan-Rusiya Mədəniyyət və Həmrəylik Mərkəzi və “NORD-İ KO” Mədəni Layihələr Mərkəzinə təşəkkürünü bildirib, Moskva ilə bağlı xatirələrini danışıb.  



Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə