M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Mədəniyyət və Turizm Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə qırğız şairi və ozanı Toktoqul Satılqanovun anadan olmasının 150 illiyinə həsr olunmuş beynəlxalq tədbir keçirilib.

 

 

APA-nın məlumatına görə, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar və başqaları iştirak edib.


Kitabxananın direktoru Kərim Tahirov bildirib ki, həyata keçirilən layihə TÜRKSOY tərəfindən reallaşdırılıb: "TÜRKSOY tərəfindən ənənəvi olaraq hər il türk dünyasının böyük şəxsiyyətlərinin yubileyləri qeyd edilir. Təşkilat 2014-cü ili Toktoqul Satılqanov ili elan edib. Bu, qırğız ədəbiyyatının böyük söz adamının yaradıcılığının daha geniş coğrafiyada tanınmasına təkan verib".


Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev bildirib ki, görkəmli şəxsiyyətlərə həsr olunan tədbirlər müxtəlif xalqlara məxsus böyük düşüncə adamlarının tanınmasına, təbliğinə böyük töhfədir: "Biz belə ədiblərin beynəlxalq səviyyədə yubileyini müstəqilliyin bizə verdiyi imkanlar daxilində qeyd edirik. Bu olduqca yaxşı bir ənənədir. Çünki gələcək nəsillər bu simaları tanımalıdır. Son illər istər TÜRKSOY, istərsə də UNESCO tərəfindən türk dünyasına məxsus böyük şəxsiyyətlərin yubileylərinin qeyd edilməsi qardaş xalqların çox böyük ədəbi, mənəvi sərvətə sahib olmasının göstəricisidir".


Xalq yazıçısı Anar Toktoqul Satılqanovun həyat və yaradıcılığından danışaraq vurğulayıb ki, türk dünyasının söz adamlarının yubiley tədbirlərinin təntənəli şəkildə qeyd olunması ədəbiyyatın və mədəniyyətin təbliği üçün vacib amillərdən biridir.


Tədbirdə TÜRKSOY tərəfindən nəşr edilmiş “Toktoqul Satılqanov. Seçilmiş əsərləri” və Türkiyə Respublikasının Əskişəhir Valiliyi tərəfindən beş dildə çap olunmuş “Toktoqul. Şeirə, nəğməyə çevrilən ömür” adlı kitabların təqdimat mərasimi keçirilib.

AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə