Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)Ədəbiyyat İnstitutununelektron akt zalında Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin xatirəsinə həsr olunmuş elmi sessiya keçirildi.

Əvvəlcə ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli dahi şəxsiyyətin misilsiz xidmətlərindən, ictimai-siyasi fəaliyyətindən, respublikanın sosial-iqtisadi və mədəni quruculuq sahəsinin inkişafındakı misilsiz rolundan danışdı. Bildirdi ki, Azərbaycan Respublikası bütün sahələrdə sürətli inkişafa məhz bu müdrik siyasi xadimin böyük səyləri sayəsində müvəffəq olmuşdur.

Ulu öndərin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri olduğunu söyləyən akademik İsa Həbibbəyli azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi ümummilli lider Heydər Əliyevin müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsi, müasir Azərbaycan dövlətinin qurulması və xalqımızın müstəqillik arzusuna çatmasına nail olduğunu qeyd etdi.

Ulu öndər Heydər Əliyevin dünya miqyasında qəbul olunmuş böyük şəxsiyyət olduğunu söyləyən akademik İsa Həbibbəyli AMEA-nın tarixində də ulu öndərin xüsusi yeri olduğunu, onun akademiyanın hərtərəfli inkişafına kömək göstərdiyini vurğuladı. Qeyd etdi ki, Heydər Əliyevin hakimiyyətə ikinci qayıdışından sonra akademiyaya yeni həyat verilmiş, ona dövlət statusu verilmişdir: “Akademiya “Milli Elmlər Akademiyası” statusunu ulu öndər Heydər Əliyevin sərəncamı ilə qazanıb”.

Akademik bildirdiki, bu günölkə Prezidenti İlham Əliyev də ulu öndərHeydərƏliyevin siyasətini bütün sahələrdə, o cümlədən akademiyaya olan münasibətdə davam etdirir.

Sonra “YeniYurd” Sosial İnkişaf ictimai Birliyi tərəfindən hazırlanmış Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Mən azərbaycanlıyam!” sənədli filmi nümayiş etdirildi.

Tədbirdə çıxış edən institutun şöbə müdiri, filologiya elmləri doktoru, professor Asif Rüstəmli,“YeniYurd” Sosial İnkişaf ictimai Birliyinin sədri Mahirə Əsədova, institutun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Nikpur Cabbarlı və başqaları ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısındakı tarixi xidmətlərindən, idarəçilik məharətindən və zəngin mənəvi keyfiyyətlərindən geniş bəhs etdilər.

AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə