AYB.az saytı xəbər verir ki, dekabr ayının 22-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda tanınmış şair, rəssam Adil Mirseyidin xatirə günü keçirilib.

 

    Adil Mirseyidin şeirləri keçən əsrin 70-ci illərindən dövrü  mətbuatda dərc olunub. O, “Güzgüdəki adam”, “Bulud adam”, “Nəğmə adam”, “Vernisaj şeirlər”, “Ay suvarisi”, “Amor Fati”, şeirlər, “Hardan baxsan görünən adam”, “Ruhlarla insanlar arasında” kitablarının müəllifidir.  Onun şeirləri dünyanın müxtəlif dillərinə tərcümə olunub. Adil Mirseyidin rəsm əsərləri Almaniyada, Rusiyada, Qırğızıstanda, İranda, Türkiyədə və Azərbaycanda şəxsi kolleksiyalarda saxlanılır.

    Anım mərasimini giriş sözü ilə açan “Vektor” Beynəlxalq Elm Mərkəzinin rəhbəri Elçin İsgəndərzadə mərhum şairin doğum günündə xatırlanmasının təsadüf olmadığılnı deyib: “Adil Mirseyid  sözün həqiqi mənasında şair idi, rassam idi, əsl ziyalı idi. Onun doğum günündə yığışmağımız, onu yad etməyimiz  bugünkü gündə belə şəxsiyyətlərə olan dərin ehtiyacdan irəli gəlir”.

    Tədbirdə Ədəbi Əlaqələr və Tərcümə mərkəzinin rəhbəri Səlim Babullaoğlu, Qəşəm Nəcəfzadə və başqaları çıxış edərək gözəl insan, istedadlı şair və rəssam,  Adil Mirseyid haqqında xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.

    Tədbirin sonunda Adil Mirseyidin qızı Ayan Mirseyid çıxış edərək atasının xatirəsini yad etdiklərinə görə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə, iştirakçılara minnətdarlığını bildirib.

AYB.az

Məlahət Qənbərova

 

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə