Bu yaxınlarda İtaliyada nəşr olunan “...Voci dall est...” (”Şərqin səsləri”) kitabında Azərbaycanın xalq şairi Fikrət Qocanın və Viktor Permiakovun şeirləri işıq üzü görüb. “Treditre Editori” nəşriyyatında çap olunan kitabın üz qabığında Franko Marrokkonun “Büllur güllü bağ”, axırıncı səhifəsində Serena Nononun “Ağcaqayınlar” tabloları verilib.
Şeirləri italyan dilinə Davide Gualtieri tərcümə edib. Kitabda Davide Gualtierinin Fikrət Qocanın və Viktor Permiakovun yaradıcılıqları haqqında məqalələri də çap olunub.
Kitabda yer alan Fikrət Qocanın “Haqdan soruşur”, “Görmürəm”, “Nuhun gəmisidi yer üzü”, “Fırlanıram vals, vals, vals”, “Bu yaşımda, bu gün”, “Yarımçıq iş” şeirləri İtaliya oxucularının ixtiyarına verilib.