Azərbaycan Yazıçılar Birliyinin (AYB) 80 illik fəaliyyətinə həsr olunan “Səksəninci səhifə” filminin təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza açıb. Xəyal Rza  bildirib ki, film “Azad Azərbaycan” (ATV) telekanalında hazırlanıb: “Belə bir dəyərli iş üçün “Azad Azərbaycan” teleradio şirkətinə minnətdarlığımı bildirirəm. Bu gün həm də rus dilində olan ru.ayb.az saytı istifadəyə verilib. Həm filmin təqdimatı, həm də saytın istifadəyə verilməsi Yazıçılar Birliyinin həyata keçirmək istədiyi növbəti layihələrdir”.

 AYB-nin katibi İlqar Fəhmi, Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin rəhbəri Səlim Babullaoğlu bildirib ki, “Səksəninci səhifə” filmi birliyin 80 illik fəaliyyətinə həsr olunan ekran əsəridir və gələcəkdə AYB-nin növbəti yubileylərində digər filmlərin çəkilməsi də yaxşı olardı.

Xəyal Rza Azərbaycan Yazıçılar Birliyinin adından Azad Azərbaycan Teleradio şirkəti üçün hazırlanmış diplomu Səlim Babullaoğluna təqdim edib.
Tədbirdə TRT sənətçisi, Türk Sənət Musiqisi ifaçısı Mehmet Özkaya və xanımı Özden Özkaya da iştirak edib.
Filmin ssenari müəllifləri Xəyal Rza, Günay Novruz, rejissoru Emin Məmmədov, məsləhətçiləri Məqsəd Nur və Səlim Babullaoğludur.

AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə