Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin (ATM) kataloqu 5 dildə (Azərbaycan, ingilis, rus, ərəb, türk) nəşr olunub.
ATM-dən AzərTAc-a bildirilib ki, kataloqda 1984-2014-cü illərdə “Xəzər” dünya ədəbiyyatı jurnalında və “Yol” ədəbi-bədii qəzetində nəşr olunan ədəbiyyat, “Məktub və gündəliklər”, “Müsahibələr”, “Esse və məqalələr”, “Nobel məruzələri”, “Memuar ədəbiyyat”, “İlahi keçid” silsiləsindən tərcümələr”, “Elmi-fəlsəfi ədəbiyyat”, “Azərbaycan Tərcümə Mərkəzinin kitab nəşrləri” bölmələri yer alıb.
Kataloq ATM-in fəaliyyəti, eləcə də mərkəz tərəfindən Azərbaycan dilinə edilən tərcümələrlə tanış olmaq istəyən tərcüməçilər və bu sahə ilə bağlı olan mütəxəssislər, həmçinin, tərcümə fakültələrinin tələbələri üçün nəzərdə tutulub.
AYB.az