AYB.az saytı xəbər verir ki, Azərbaycan Yazıçılar Birlyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi bütün bu əlamətdar günləri əsas götürərərək 19-23 mart tarixlər arasında ilk dəfə olaraq Beynəlxalq Poeziya Festivalı keçirməyi qərarlaşdırmışdır.
Matın 19-dan start götürən I Bakı Beynəlxalq Poeziya Festivalına Türkiyədən tanınmış türk şairi Ataol Bəhrmaoğlu və tanınmış gitara ifaçısı Haluk Çətin, İrandan Abbasəli Əhmədoğlu və Kamran Rəsulzadə, Rusiyadan Sergey Qlovyuk, Ukraynadan Marianna Kiyanovska, Belorusdan Tatyana Sivets, Serbiyadan Milisa Liliç, FinlandiyadanTomi Kontio Kalevi, Özbəkistandan Saodat Muxammadova qatılıblar.
Qonaqlar bu gün Azərbaycan Yazıçılar Birliyində olublar və AYB sədri, xalq yazıçısı Anar qonaqları qəbul edib. Görüş zamanı tədbirin əhəmiyyətindən söz açılıb. Eyni zamanda ədəbi əlaqələrin inkişafı üçün belə tədbirlərin zəruriliyi vurğulanıb. AYB sədri Birliyin fəaliyyətilə bağlı qonaqları məlumatlandırıb.
Xaqtırladaq ki, Festivalın yaradıcı gündəliyində martın 20-də Kapell hausda keçirilməsi nəzərdə tutulan “100 dəqiqə şeir” poeziya-musiqi axşamı, Quba və Xaçmazda keçiriləcək qiraətlər və “Milli ədəbiyyatlarda su mövzusu” ətrafında elmi-ədəbi debatlar, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin gənclər birliyiilə görüş və poeziya axşamı, eyni zamanda turistik yerlərə gəzintilər nəzərdə tutulub.
AYB.az