RTV-nin dəvəti ilə reallaşan səfərdə Azərbaycanla yanaşı, Finlandiya, Serbiya, Rusiya, Belarus, Özbəkistan, İran və Türkiyədən olan qonaqlar iştirak edib

“Sözün də su kimi lətafəti var” devizi altında birinci Bakı beynəlxalq poeziya festivalının iştirakçıları Azərbaycanın şimal rayonlarında olub. RTV telekanalının dəvəti ilə reallaşan səfər çərçivəsində Azərbaycanla yanaşı, Finlandiya, Serbiya, Rusiya, Belarus, Özbəkistan, İran və Türkiyədən olan qonaqlar ilk olaraq Quba Soyqırımı Memorial Kompleksini, eləcə də, həmin ərazidəki kütləvi məzarlığı ziyarət ediblər. Qonaqların diqqətinə çatdırılıb ki, Quba Soyqırımı Məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilib. Burada əksəriyyəti uşaq, qadın və qocalara məxsus olan 400-dən çox insanın sümükləri tapılıb.

Qubadan sonra Xaçmaza gələn qonaqlar hər il martın 22-də qeyd edilən “Ümumdünya Su Resursları Günü” ilə əlaqədar Xudat şəhəri yaxınlığındakı Şollar kəndində yerləşən su mənbəyinə baxış keçiriblər.

Bununla yanaşı festival iştirakçıları Xaçmaz şəhərindəki bir sıra muzeylərdə olub, park və xiyabanları gəziblər. Günün sonunda isə Novruz tonqalı ətrafında toplaşan festival iştirakçılarına bu bayramla əlaqədar adət-ənənələr, folklor nümunələri nümayiş etdirilib. Bakı beynəlxalq poeziya festivalı martın 23-də yekunlaşacaq.



AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə