İyun ayının 18-də Azərbaycan Yazıçılar Biriyində keçirilən toplantıda önəmli qərar qəbul edilib.
AYB sədri, Xalq yazıçısı Anarın iştirakıyla keçirilən tolantıda Azərbaycan Yazıçılar Birliyinin tərkibində Cəfər Cabbarlı Komisiyasının yaradılması ilə bağlı müzakirələr aparılıb. Elə həmin gün Azərbaycan Yazıçılar Birliyinin sədri bu qərarla bağlı əmr imzalayıb. Əmrdə deyilir: Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişafında, mənəvi dəyərlərimizin zənginləşməsində, milli şüurun oyanışında, vətənpərvərlik duyğularının təbliğində, dilimizin saflığında misilsiz xidmətlər göstərmiş milli sənətkar, böyük dramaturq Cəfər Cabbarlıının ədəbi-bədii irsinin tədqiqi və təbliği sahəsində sistemli fəaliyyət göstərmək, elmi konfranslar, sessiyalar, müsabiqələr, disputlar keçirmək, kitablar, bukletlər hazırlamaq, təqdimat mərasimləri, qiraət yarışları təşkil etmək, qalibləri mükafatlandırmaq və s. məqsədilə Azərbaycan Yazıçılar Birliyinin tərkibində Cəfər Cabbarlı Komissiyası yaradılsın.
Komissiyanın tərkibi aşağıdakı heyətdə təsdiq edilsin:
Asif Rüstəmli – Sədr, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə elmlər doktoru, professor, AYB-nin üzvü
Qəmər Seyfəddinqızı – Cəfər Cabbarlı ev muzeyinin direktoru
Gülşən Əliyeva – Kəngərli – ADMİU-nun prorektoru, filologiya üzrə elmlər doktoru, professor, AYB-nin üzvü
Tahirə Məmməd – AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə elmlər doktoru, professor, AYB-nin üzvü
Süleyman Kaan Yalşın – Türkiyə, Elazığ şəhəri, Fırat Universiteti, dosent, doktor
Elnarə Akimova – AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, AYB-nin üzvü
AYB Mətbuat Xidməti