Sentyabrın 17-də dövlət və özəl təhsil müəssisələri (universitetlər, məktəblər), eləcə də digər müəssisələrin kitabxana sahəsində çalışan rəhbər və işçiləri üçün "Elektron kitabxana idarəedilməsi" mövzusunda təlim keçiriləcək.

AYB.az "AzərTac"a istinadən xəbər verir ki, xüsusi olaraq kitabxanaçılar üçün nəzərdə tutulmuş təlim ALISA sistemi üzərindən kitabxanaların elektron idarəedilməsi, kitabxana işinin asanlaşdırılması və kitabxanaçı-oxucu arasında iş prosesinin sadələşdirilməsi ilə bağlı olacaq. Təlimdə müasir kitabxana işində zəruri olan 3M qurğuları barədə məlumatlar veriləcək.

Təlimdə iştirak edəcək kitabxanaçılar işin asanlaşdırılması, kitabxanalarda yüksək texnologiyaların tətbiqi, kitabxana idarəetməsində lazımi sistemlərin tətbiqi, elektron kitabxana, onlayn kitabxanaların qurulması, kitabxana sistemlərinin fərqləri və s. barədə faydalı məlumatlar əldə edəcəklər. Təlim peşəkar mütəxəssislər tərəfindən keçiriləcək. Təlimdə iştirak pulsuzdur və iştirakçılara sertifikat təqdim olunacaq.

Təlimdə iştirak etmək istəyənlər aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçə bilər:

seminar.ultra.az/alisa

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin tərkibində olan bir neçə Bakı və rayon kitabxanalarında, Gəncə Heydər Əliyev Mərkəzində və Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında sistemin bir neçə komponenti tətbiq edilib.

ALISA (Automated Library Information System of Azerbaijan) sistemi kompleks bir layihə kimi Azərbaycanın kitabxana sistemini inkişaf etdirmək üçün yaradılıb. ALISA sistemi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında "Ultra

Technologies" şirkəti tərəfindən işlənib hazırlanıb.
AYB.az

 

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə