2015-cü ilin ədəbiyyat üzrə Nobel mükafatı belarus Svetlana Alekseyeviçə verilib. AYB.az xəbər verir ki, "Reportyor"un Nobel Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yazıçı bu mükafata layiq görülən 14-cü qadın yazıçıdır.
Müəllif bu mükafata çoxsəsli yaradıcılığına görə layiq görülüb.
Svetlana Alekseyeviç 1948-ci ildə anadan olub. 2000-ci illərdən İtaliya, Fransa və Almaniyada yaşayıb.
Müəllif "Müharibə qadın üzlü deyil", "Sink oğlanlar", "Ölümlə ovsunlanmışlar", "Çernobl uşaqları", "Sekond-hand zamanı" və başqa əsərlərin müəllifidir.
Qeyd edək ki, İsveç Kral Akademiyasının 1901-ci ildən təqdim etdiyi Nobel Ədəbiyyat Mükafatı keçən il fransız yazıçısı Patrik Modianoya verilib.