Dünən axşam saatlarında Xalq şairi Söhrab Tahir ürəyində yaranmış narahatlıqla bağlı Mərkəzi Neftçilər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Azərbaycan Yazıçılar Birliyinin Mətbuat Xidmətinin rəhbəri Xəyal Rza Mərkəzi Neftçilər Xəstəxanasının reanimasiya şöbəsinin həkimlərindən Xalq şairinin səhhəti ilə bağlı məlumat alıb. "Dünən gecə Söhrab Tahir tənəffüs çətinliyi və ürəyində yaranmış narahatlıqla bağlı reanimasiya şöbəsinə yerləşdirilib. Hal-hazırda xəstənin vəziyyəti stabildir. Tənəffüs sistemindəki çətinlik aradan qaldırılıb". 

AYB Mətbuat Xidməti

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə