Bədii Tərcümə Mərkəzinin növbəti layihəsi
AYB.az xəbər verir ki, Xalq yazıçısı Anarın “Göz muncuğu” povesti və “Qırmızı limuzin” hekayəsinin daxil olunduğu “Göz muncuğu” (“Oko proroka”) kitabı Polşada “ATUT” (Vroslav) nəşriyyatında “Şərq modernizmi” seriyasında nəşr olunub. Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin “Azərbaycan ədəbiyyatını xaricdə təbliği” istiqmətində gördüyü son uğurlu işlərdən biri kimi əsrəyə gəlib bu nəşr. Bədii Tərcümə Mərkəzinin sədri Səlim Babullaoğlu eksklüziv açıqlamasında bunları deyib:
“ “Göz muncuğu” povesti nəsr ediləndən sonra son illərdə ən çox dartışılan və müzakirə edilən,hətta Anar münasibətdə laqeyd münasibət sərgiləyən ədəbiyyat adamlarıı tərəfindən də təqdir edilən bir əsərdir. Və mənim fikrimcə ciddi ədəbi hadisədir. Povesti İlaha Kərimova Mərkəzin sifarişi ilə çevirib polyak dilinə. Orijinaldan. İlaha xanım artıq yetkin, peşəkar tərcüməçi və ədəbiyyatşünasdır. Bu bizim İlaha xanımla ilk işiimiz deyil. O həm milli ədəbiyyatımızın polyak dilinə tərcüməsi istiqamətində, həm polyak ədəbiyyatını dilimizə çevrilməsi istiqamətində ciddi işlər görüb. Sevinirəm ki, onun demək olar əksər işləri bizimlə əməkdaşlıq çərçivəsində baş verib. Bildiyiniz kimi, kitaba Anarın “Qırmızı limuzin” hekayəsi də daxil edilib. Onun da istedadlı tərcüməçi-polonist Sonya Qasımovdır. Biz onunla da xeyli vaxtdır əməkdaşlıq edirik.
Kitaba təkcə “Göz muncuğu”ndan bəhs etməyən, həm milli ədəbiyyatımızın bir dövrünü sərf-nəzər edən geniş giriş sözünü tanınmış ədəbiyyatşünas alim, tərcüməçi Cavanşir Yusifli yazıb. Cavanşir müəllim əsər haqqınd bizdə nəşr olunan ən dəyərli elmi yazının müəllifidir, eyni zamanda əsərlə bağlı müəlliflə geniş bir mükalimənin və müzakirənin də təşəbbüskarıdır.
Bundan başqa tanınmış polyak yazıçısı-publisisti Martin Bradkenin də əsər barədə qısa yazısı yer alıb kitabda.
Kitabın redaktoru Helena Samosiej, naşiri Vitold Podedvornıdır.Mən kitabın tərcüməsinə verdiyi dəstəyə gör professor Möhlət Hüseynova təşəkkür edirəm...”
AYB.az