Sentyabrın 28-də Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda Ədəbiyyat üzrə Nobel mükafatçısı, nigeriyalı yazıçı Vole Soyinka ilə görüş keçirilib. 

 

AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli görüşdə Vole Soyinkanın mübarizələrdə keçən həyatı və azadlıq eşqilə dolu yaradıcılığı haqqında ətraflı danışıb. Vole Soyinkanın təkcə ilk Nobel mükafatı alan Afrika yazıçısı deyil, ingilis dilində yaranan yeni ədəbiyyatın görkəmli nümayəndəsi olduğunu qeyd edən akademik İsa Həbibbəyli görkəmli yazıçının yaradıcılığının spesifik xüsusiyyətlərindən danışıb. Akademik İsa Həbibbəyli Nobel mükafatçısının əsərlərində Afrikada milli azadlıq hərəkatının dolğun ifadə olunduğunu bildirərək yazıçını həyatı, əsərləri, yaradıcılıq istiqamətləri barədə geniş və əhatəli söhbət açıb.

Sonra akademik İsa Həbibbəyli nigeriyalı yazıçı Vole Şoyinkaya xatirə hədiyyələri təqdim edib.

Nobel mükafatı laureatı Vole Soyinka çıxış edərək ədəbiyyat aləmində ilk qələm təcrübələri, eləcə də Afrika ədəbiyyatının özəllikləri, milli azadlıq hərəkatı dövrü və ondan sonrakı ədəbiyyat barədə görüş iştirakçılarına ətraflı məlumat verib.  

Səhifələrində Vole Soyinkadan da bəhs edilən "Ədəbi Nobel antologiyası" kitabının tərtibçisi Nəriman Əbdülrəhmanlı, institutun elmi əməkdaşı Şükufə Əliyeva çıxış edərək nigeriyalı yazıçının bədii əsərləri və yaradıcılığı barədə danışıblar.

Yazıçı görüş iştirakçılarının onun yaradıcılığına maraq ifadə edən suallarını cavablandırıb.

Sonda Nizami adına Ədəbiyyat İnstitutuna dəvət olunduğu, ona ədəbiyyatşünas alimlərlə görüşmək imkanı yaratdığı üçün Vole Soyinka akademik İsa Həbibbəyliyə xüsusi minnətdarlığını bildirib.

Sonda görüş iştirakçıları Vole Soyinka ilə xatirə şəkilləri çəkdiriblər.

AYB.az



Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə