Fevralın 15-də Argentinanın ölkəmizdəki Konsulu və mədəniyyət məslələri üzrə müşaviri Eduardo Cavallero Azərbaycan Yazıçlar Birliyində olub.
Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarla görüşən Konsul iki dost ölkələr arasında ədəbi mədəni əlaqlərdən və bu əlaqələrin inkişafı üçün nəzərdə tutulan layihələrədən söz açıb. Eduardo Cavallero Azərbaycan Yazıçılar Birliyi ilə geniş əməkdaşlıq üçün hazır olduqlarını bildirib; “Biz Yazıçılar Birliyi ilə bir çox önəmli layihələr həyata keçirə bilərik. Bu hər iki ölkənin ədəbiyyatı üçün önəmlidir”. Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Azərbaycan oxucusunun latın Amerika yazıçıarına böyük rəğbətinin olduğunu bildirib; “Sizinlə əməkdaşlıqdan biz də məmnun olarıq. Ədəbi əlaqəlrimizin genişlənməsi, inkişafı üçün nə lazımdırsa etməyə hazırıq. Biz də yazıçılarımızın Argentinada, Latın Amerikasında çap olunmasını, tanınmasını istərdik”. Görüş zamanı qərara alınıb ki, Argentinanın tanınmış yazıçısı Silvia Zimmermann del Castillo Azərbaycana dəvət edilsin və Azərbaycan Yazıçılar Birliyində yazıçı ilə görüş təşkil edilsin. Qeyd edək ki, Silvia Zimmermann del Castillo görkəmli yazıçı Xorxe Luis Borxesin şagirdi olub və uzun illər onunla əməkdaşlıq eidib.
AYB.az