Bakı Dövlət Universitetində (BDU) Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar  “Kağız qəbir” adlı filmin təqdimatı keçirilib.

 

Ali təhsil müəssisəsinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, film Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşəbbüsü, Türk Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyinin (İLESAM) dəstəyi ilə çəkillib.

AYB-in mətbuat xidmətinin rəhbəri və İLESAM-ın Azərbaycandakı əlaqələndiricisi, filmin ideya rəhbəri, şair Xəyal Rza tədbiri giriş sözü ilə açaraq film haqqında məlumat verib. Bəşəri ağrını, həqiqi soyqırımı əks etdirən filmin Türkiyədə də ictimaiyyətə təqdim olunacağını bildirib. 

Türk Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyinin rəhbəri Mehmet Nuri Parmaksız çıxış edərək filmin çəkilişlərinin Qubanın İkinci Nügədi kəndində aparıldığını bildirib.

Filmin ssenari müəllifi və rejissoru Elçin Arifoğlu olan tammetrajlı filmin baş rolları aktyorlar Anar Əliyev və Leyla Babayeva canlandırıblar. Filmin təşkilati dəstəyi Azərbaycan Yazıçılar Birliyidir.

AYB.az



Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə