Azərbaycan Xalça Muzeyində şair Nigar Həsənzadənin rəhbərliyi ilə keçirilən Mədəniyyət və Turizm Nazirliyinin “Söz” ədəbiyyat layihəsi çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarla görüş təşkil olunub.
Görüş yazıçının 2016-cı ildə Moskvada nəşr olunan kitabına həsr edilib. “Время” nəşriyyat evinin dərc etdiyi “Sizsiz” adlı kitaba yazıçının valideynləri haqqında xatirələri, kinopovestləri (Paris, İvan Bunin, “Şamaxı şahzadəsi” Ünbülbanu”), dostları olan rus ədibləri haqqında xatirələri (Konstantin Simonov, Vasiliy Aksyonov, Rimma Kazakova) və “Gecə düşüncələri” silsiləsi daxildir. Bu il isə "Художественная литература" nəşriyyat evi yazıçının seçilmiş əsərlərindən ibarət iki cildlik nəşr etdirib.
Xalq yazıçı ilə görüş Nigar Həsənzadənin dialoqu əsasında təşkil olunub. Gecədə əməkdar artistlər Mehriban Zəki və Mələk Abaszadənin ifasında yazıçı Anarın rus şairlərindən etdiyi tərcümələr səslənib.
Bunda başqa müğənni Lalə Məmmədova sözləri Anara, musiqisi Emin Sabitoğluna aid olan mahnı ifa edib.
Tədbirdə, həmçinin ssenarisi Anara məxsus olan “Təhminə” filmindən kadrlar və ailə videosu nümayiş olunub.
Daha sonra qonaqlar və iştirakşılar xalq yazıçısını bu yaxınlarda olacaq doğum günü münasibətilə təbrik ediblər, ona yaradıcılıq uğurları arzulayıblar.
AYB.az