Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Hörmətli Prezidentimiz!
Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin işiylə əlaqədar Sizə müraciətə biz də imza atmışdıq. Bizim heç birimiz Mehman Əliyevlə şəxsən tanış deyilik və onun fəaliyyəti ilə bağlı geniş məlumatımız yoxdur. Amma bir qələm əhlinə qarşı qanun və ədalət çərçivəsində hərəkət edilməsi üçün sizdən işi nəzarət altına almağınızı xahiş etmişdik. Bunu ölkəmizin beynəlxalq nüfuzu üçün də əhəmiyyətli olduğunu düşünürdük. Təbii ki, biz Sizə inanırdıq və atdığınız müdrik və ədalətli addım bunu bir daha təsdiq etdi.
Buna görə sizə ürəkdən təşəkkür edirik və bildiririk ki, həmişə olduğu kimi Azərbaycan ziyalıları dövlətimizin və şəxsən Sizin siyasətinizi dəstəkləyir.
Anar - Azərbaycan Yazıçılar Birliyinin sədri
Çingiz Abdullayev - Azərbaycan Yazıçılar Birliyinin katibi
Fərhad Bədəlbəyli - Üzeyir Hacıbəyli adına Musiqi Akademiyasının rektoru
11 sentyabr 2017-ci il