Bir gün bundan öncə Azərbaycan Yazıçılar Birliyinin Qubadlı bölməsinin yaradılması və ona sədr “seçilməsi” ilə bağlı jurnalistlərin ünvanladığı suallara AYB Mətbuat Xidməti münasibət bildirərək, yayılmış informasiyanın həqiqəti əks etdirmədiyini və AYB Katibliyində belə bir qərarın qəbul olunmadığını bildirmişdi. Ancaq bəzi saytlar hər zaman olduğu kimi Yazıçılar Birliyinə düşman münasibət bildirərək yazıçı saydıqları bir neçə MƏNASIZ adamların yalan və böhtanlarını yaymağa başladılar. Belə bəyanatlarla bu adamlar yalnız öz yaradıcılıq iflasını göstərir, özlərini biabır edirlər. Bu abırsız böhtanara görə həmin şəxsləri məhkəməyə verə bilərdik, amma onların bütün varlıqları məhkəməyə göndəriləcək bir vərəq kağıza da dəyməz. Əvvəlki böhtanlarına görə məhkəmə qorxusundan üzrxahlıq məktubu yazanlar yenə də yalvar-yaxarla bağışlanacaqlarına arxayın olmasalar yaxşı olar.

 

Azərbaycan Yazıçılar Birliyi
Mətbuat Xİdməti

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə