M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialının rektoru, professor Nərgiz Paşayeva Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anara 80 illik yubileyi münasibətilə təbrik məktubu göndərib. Məktubda deyilir: “
Hörmətli Anar müəllim!
Siz hər zaman oxucularınızı mənəvi ucalığa çağırmısınız. Onları ziyalı maarifçilik ənənələrinə sadiq şəxslər, gözəlliyi, hormoniyanı, bədiiliyi duyan və görən insanlar kimi formalaşdırmağa çalışmısınız. Bədii yaradıcılığa pərəstiş edən hər bir kəsə ədəbi fikir xəzinəsindən bəhrələnməyi, sözün, ədəbiyyatın gücünü,böyüklüyünü göstərmisiniz. Parlaq bədii əsərlərin müəllifi olaraq Siz həmçinin Azərbaycanın taleyüklü, tarixi-ictimai məsələlərində həqiqət sözünü deməkdən çəkinməmisiniz.
Hörmətli Anar müəllim! Sizi80 illik yubileyinizmünasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, əvəz edilməz fəaliyyətinizdə yaradıcılıq uğurları arzulayıram! İnanıram ki, Siz – böyük Yazıçı və böyük İnsan kimi bizləri yeni əsərlər və öz ünsüyyətinizlə sevindirəcəksiniz.
Ən xoş arzularla,
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru
prof. Nərgiz Paşayeva”
AYB.az