Oktyabrın 9-da Azərbaycan Yazıçılar Birliyi Katibliyinin növbəti toplantısı keçirilib. Azərbaycan Yazıçılar Bİrliyinn sədri, Xalq yazıçısı Anar  Azərbaycan Yazıçılar Bİrliyinin Moskva bölməsinin  və bölməyə uzun illər sədrlik etmiş filologiya elmləri doktoru, tənqidçi alim Tofiq Məliklinin səmərəli fəaliyyətindən söz açıb: “Tofiq Məlikli artıq 3 ilə yaxındır Bakı şəhərində yaşayır. Buna görə də öz ərizəsiylə Moskva bölməsinin sədirliyindən istefa verib”. Sonra Tofiq Məlikli uzun illər səmərəli fəaliyyəti münasibətilə Azərbaycan Yazıçılar Bİrliyiin xüsusi diplomuyla təltif edilib. Toplantıda Moskva bölməsinin sədirliyinə filologiya elmləri doktoru, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (МГИМО) professoru Abuzər Bağırovun namizədliyi irəli sürülüb. Toplantı iştirakçıları Abuzər Bağırovun uzun illər Moskva şəhərində Azərbaycan ədəbiyyatı üçün mühüm işlər gördüyünü, önəmli layihələr həyata keçirdiyini qeyd ediblər. Abuzər Bağırovun namizədliyi yekdillklə qəbul edilib və o, sədr seçilib. Azərbaycan Yazıçılar Bİrliyinin sədri, Xalq yazıçısı Anar Abuzər Bağırova xidməti vəsiqəsni təqdim edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Sonda xatirə şəkilləri çəklib.

Qeyd edək ki, tənqidçi-publisist Abuzər Bağırov 1954-cü ildə Gədəbəydə anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib. SSRİ Ədəbiyyat Fondunun Azərbaycan şöbəsində müxtəlif vəzifələrdə (Natəvan adına Yazıçılar klubunun müdiri, Şüvəlandakı Səməd Vurğun adına Yazıçıların yaradıcılıq evinin direktoru) çalışıb, Moskvada Peredelkino SSRİ ədəbiyyat fondunda təminat şöbəsində rəis müavini işləyib. Bədii yaradıcılığa 70-ci illərin axırlarından başlayıb. 1989-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Filologiya elmləri doktoru, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (МГИМО) professorudur.

AYB.az


 

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə