Aprelin 30-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Mədəniyyət Nazirliyinin elan etdiyi “Birpərdəli pyeslər” müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

ONA xəbər verir ki, mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev müsabiqə barədə ətraflı məlumat verərək deyib ki, “Birpərdəli pyeslər” müsabiqəsi Mədəniyyət Nazirliyi tərəfindən 2018-ci il sentyabrın 11-də elan olunub.

O bildirib ki, müsabiqənin təşkilində məqsəd xalq teatrlarının repertuarlarını kiçik həcmli tamaşalarla zənginləşdirmək, ədəbi-bədii və mövzu baxımından yüksək dəyərə malik dram əsərlərinin yazılmasına stimul vermək, yeni nəsil dramaturqların yaradıcılığını dəstəkləmək, tamaşaçıların mənəvi-estetik zövqünün formalaşması üçün birpərdəli pyeslər əsasında müasir tamaşaların hazırlanmasını təmin etməkdir. 

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə