Nazirlər Kabineti “Əsərlərin dövlət varidatı elan edilməsi Qaydaları”nın və “Əsərləri dövlət varidatı elan edilən müəlliflərin və dövlət varidatı elan edilən filmlərin Siyahısı”nı təsdiq edib.

“Qafqazinfo” xəbər verir ki, qərarın 2 nömrəli əlavəsində əsərləri dövlət varidatı elan edilən müəlliflər aşağıdakılardır: 

1.1. Qətran Təbrizi;

1.2. Məhsəti Gəncəvi;

1.3. Əfzələddin Xaqani;

1.4. Nizami Gəncəvi;

1.5. Qazi Bürhanəddin;

1.6. İmadəddin Nəsimi;

1.7. Aşıq Qurbani;

1.8. Şah İsmayıl Xətai;

1.9. Məhəmməd Füzuli;

1.10. Aşıq Abbas Tufarqanlı;

1.11. Molla Pənah Vaqif;

1.12. Molla Vəli Vidadi;

1.13. Qasım bəy Zakir;

1.14. Mirzə Fətəli Axundzadə;

1.15. Həsən bəy Zərdabi;

1.16. Seyid Əzim Şirvani;

1.17. Xurşidbanu Natəvan;

1.18. Mirzə Ələkbər Sabir;  

1.19. Nəcəf bəy Vəzirov;

1.20. Aşıq Ələsgər;

1.21. Cəlil Məmmədquluzadə;

1.22. Əbdürrəhim bəy Haqverdiyev;

1.23. Cəfər Cabbarlı;

1.24. Əhməd Cavad;

1.25. Mikayıl Müşfiq;

1.26. Əhməd bəy Ağayev;

1.27. Əli bəy Hüseynzadə;

1.28. Nəriman Nərimanov;

1.29. Məmməd Səid Ordubadi;

1.30. Hüseyn Cavid;

1.31. Əzim Əzimzadə;

1.32. Yusif Vəzir Çəmənzəminli;

1.33. Üzeyir Hacıbəyov;

1.34. Səməd Vurğun;

1.35. Əliağa Vahid.

Dövlət varidatı elan edilən filmlər isə bunlardır: 

2.1. “Sevil ” (1929-cu ildə çəkilmişdir);

2.2. “Lətif ”( 1930-cu ildə çəkilmişdir) ;

2.3. “İsmət”(1934-cü ildə çəkilmişdir);

2.4. “Mavi dənizin sahilində” 1935-ci ildə çəkilmişdir) ;

2.5. “Almaz”(1936-cı ildə çəkilmişdir) ;

2.6. “Bakılılar”(1938-ci ildə çəkilmişdir) ;

2.7. “Kəndlilər ”(1939-cu ildə çəkilmişdir) ;

2.8. “Səbuhi”(1941-ci ildə çəkilmişdir);

2.9. “Bir ailə”(1943-cü ildə çəkilmişdir) ;

2.10. “Arşın mal alan”  (1945-ci ildə çəkilmişdir) ;

2.11. “Görüş” (1955-ci ildə çəkilmişdir).

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə