Oktyabrın 7-də Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarla görüşüb. Səfir Rodriqo Labardini Meksika-Azərbaycan dostluğundan, iki dost ölkə arasındakı iqtiasdi, siyasi, mədəni əlaqələrin inkişafından söz açıb. Səfir Meksika və Azərbaycan arasında ticarətin əhəmiyyətli dərəcədə artığını, son dörd il ərzində on dəfəyədək artım olduğunu, ötən il isə rekord həddə çatıdığını bildirib. Meksika və Azərbaycan arasında ədəbi ələaqlərin də inkişaf etdirilməli olduğunu bildirən Rodriqo Labardini bu sahədə Azərbaycan Yazıçılar Birliyindən dəstək isədiyini dilə gətirib. Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar səfir Rodriqo Labardiniyə ziyarətindən dolayı təşəkkürünü bildirib. Yazıçılar Birliyinin tarixi, mətbu orqanları, faliyyəti ilə bağlı qonağı məlumatlandıran AYB sədri Azərbaycan və Meksika arasındakı dostluq münasibətinə, iqtiasdi, siyasi, mədəni əlaqələrin günü-gündən inkişaf etdirilməsinə məmnunluğunu ifadə edib. Müxtəlif ölkələrlə Azərbaycan Yazıçılar Birliyinin ədəbi əlqalərindən söz açan Xalq yazıçısı bu əlaqələrin dost ölkə Meksikayla da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Səfir görüş və qonaqpərvərlik üçün Azərbaycan Yazıçılar Birliyinin sədrinə təşəkkürünü bildirib.
AYB.az