21.11.2019-cu il tarixində Qazax RİH-nin, Bakı Dövlət Universitetinin Qazax filialı və AYB Qazax Bölməsinin birgə təşkilatçılığı ilə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi- praktik konfurans keçirilib. Qazax Ədəbiyyat Muzeyində keçirilən konfransda Qazax RİH-nin başçısı Rəcəb Babaşov və aparatın məsul şəxsləri,BDU-nin Qazax fililialının direktoru Arif Rüstəmov və filialın müəllim –tələbə kollektivi, AYB-nin Qazax Bölməsinin sədri, Əməkdar İncəsənət Xadimi, şair Barat Vüsal,AYB üzvləri, şairlər, idarə, müəssisə və təşkilat rəhbərləri, KİV nümayəndələri iştirak ediblər.
Dahi Azərbaycan şairi İmaməddin Nəsminin 650 illik yubileyinə həsr edilmiş konfuransda əvvəlcə şairin həyat və yaradıcılığına əks etdirən slayt nümayiş etdirilib.
BDU-nun Qazax filialının direktoru, dosent Arif Rüstəmov konfransı giriş sözü ilə açaraq ölkə başçısının müvafiq sərəncamına əsasən böyük ədibin 650 illik yubileyinin rayonda silsilə tədbirlərlə qeyd olunduğunu və bu günkü konfransın da həmin tədbirlərin davamı olduğunu bildirib. Dövlətimizin və onun rəhbərinin milli- mənəvi dəyərimizə verdiyi yüksək qiymətdən söz açan A.Rüstəmov ölkə başçısının böyük şair İ.Nəsiminin 650 illik yubileyinin qeyd olunması ilə bağlı imzaladığı sərəncamı, eləcədə 2019-cu ili “Nəsimi” ili elan etməsini həmin dəyərin bariz nümunəsi kimi qeyd edib.
Qazax RİH-nin başçısı Rəcəb Babaşov konfransda çıxış edərək bildirib ki, adı dünyanın ölməz sənətkarları sırasında yer tutan, poeziyamızda yeni , çox əlamətdar bir dövrün başlanğıcı olan Azərbaycan dilini ədəbi-bədii dil səviyyəsinə yüksəldən qüdrətli sənətkar İmadəddin Nəsimi zəngin irs qoymuşdur.İcra başçısı qeyd edib ki, bütün görülən işlər onu göstərir ki, dövlətimiz mədəniyyət, incəsət,poeziya sahəsini daim diqqət mərkəzində saxlayır və Nəsimi yaradıcılığını yüksək qiymətləndirir.Ən əsası da bütün dünyaya bu reallığı bildirir ki, İmadəddin Nəsimi cahana və zamana sıxmayan, əbədiyaşar Azərbaycan şairidir.
AYB –nin Qazax Bölməsinin sədri şair Barat Vüsal konfransda “Nəsimi və Ənəlhəq fəlsəfəsi” mövzusunda məruzə ilə çıxış edərək dövlətimiz tərəfindən Azərbaycan mədəniyyətinə,ədəbiyyatına verilən yüksək dəyərdən danışıb. İ.Nəsimiyə həsr etdiyi şeirlə çıxışını yekunlaşdıran B.Vüsal bu günkü tədbiri poeziya bayramı adlandırıb və tədbirin təşkilində əməyi keçən insanlara minəttdarlığını bildirib.
BDU-nin Qazax filialının Dillər və ədəbiyyat və onların tədrisi metodikası kafedrasının müdüri, filalogiya üzrə fələfə doktoru İradə Arıxova “Nəsimi dilinin bədii sənətkarlıq xüsusiyyətləri “, həmin kafedranın dosenti, filalogiya elmləri namizədi Rübabə Əliyeva “Nəsimi sözü” , kafedranın baş müəllimləri Heyran Vəkilova “İ.Nəsimi tədqiqatlarda” , AYB –nin üzvü, şair Mustafa Rasimoğlu “Nəsiminin hürufilik estetkasında insan konsepsiyası” mözusuları ətrafında geniş məruzələrlə çıxış ediblər.
Sonra BDU-nun Qazax filialında böyük Azərbaycan şairi mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə bağlı tələbələr arasında keçirilmiş şeir müsabiqəsində qalib adını qazanaraq fərqlənən tələbələrə-Azarbayan dili və Ədəbiyyat müəllimliyi ixtisasının II kurs tələbəsi Musayeva Qənirə Elman qızına,I kurs tələbəsi Məhərrəmova Günel Rafiq qızına, İbtidai sinif müəllimliyi ixtisasının III kurs tələbəsi Əlizadə Tərlan Fazil qızına, Filalogiya fakultəsinin II kurs tələbələri Mizəyeva Jalə Rizvan qızına və Ağayeva Gülşən Rafayel qızına Təşəkkürnamələr təqdim olunub. Müsabiqədə qalib adını qazanan tələbələr böyük şairin ölməz şeirlərini bir daha səsləndiriblər.
Konfrans Azərbaycan əsilli tanınmış musiqiçi Sami Yusufun, Azərbaycan Əməkdar Artisi Təyyar Bayramovun və Əməkdar Mədəniyyət İşçisi Samirə Əliyevanın, xalq çalğı alətləri ansambılının müşayəti ilə xor kallektivinin təqdimatında dahi Azərbaycan şairi İmadəddin Nəsiminin “Sığmazam” qəzəli əsasında hazırlanmış musiqi kompozisiyasının nümayişi ilə başa çatıb.
Mustafa Rasimoğlu ,
AYB Qazax bölməsinin ədəbi-məsləhtçisi