İyulun 1-də Azərbaycan Yazıçılar Birliyində rəhbərliyin toplantısı keçirilmişdir. İştirakçılar uzun illər boyu AYB-nin Birinci katibi işləmiş Xalq şairi Fikrət Qocanın xatirəsini bir dəqiqəlik sükütla yad etmişlər. Xəbər verildiyi kimi Birliyin Birinci katibi vəzifəsini icra etmək Xalq yazıçısı Çingiz Abdullayevə həvalə olunmuşdur. Birliyin katibi Rəşad Məcid sədrin müavini təyin edilmişdir. Elçin Hüseynbəyli və Səlim Babullaoğluna Birliyin katibləri vəzifəsini icra etmək tapşırılmışdır. Katiblər arasında iş bölgüsü məyyənləşdirilmişdir. Ağsaqqallar Şurasının sədri Xalq şairi Nəriman Həsənzadə və Gənclər Şurasının sədri Fərid Hüseyn katibliyin üzvləri təsdiq olunmuşlar. İndi 21 üzvü olan Gənclər Şurasının tərkibinin 31 nəfərdən ibarət olması razılaşdırılmışdır. Sayman Aruz sədrin müşaviri təyin edilmişdir.

Azərbaycan Yazıçılarının pandemiyaya görə təxirə salınmış XIII Qurultayının bu ilin oktyabr-noyabr aylarında keçirilməsi nəzərdə tutulur.  Qurultaya qədər olan müddətdə hazırlıq işləri aparılması və Nizamnaməyə görə seksiya və bölgələr üzrə Qurultayda nümayəndələr seçilməsi nəzərdə tutulur.

Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidməti 

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə