Qazaxıstan Yazıçılar Birliyinin sədri
cənab Uluqbəy Esdövlətə
Hörmətli Uluqbəy Esdövlət,
Dost və qardaş Qazaxıstandan gələn xəbərlər hamımızı sarsıdır və ağrılıdır. 2022-ci ilin ilk günlərindən Qazaxıstanda sabitliyin pozulması, iğtişaşlar, vətəndaş qarşıdurması, qan tökülməsi təəssüf doğurur. Bu hadisələrdə insanların həlak olması böyük itkidir və bizi hədsiz kədərləndirir. Tezliklə sabitliyin bərqərar olunmasını, bu ağrı-acıların arxada qalmasını arzulayır, Qazax xalqına xoşbəxt gələcək diləyirik.
Hörmətlə ANAR
Azərbaycan Yazıçılar Birliyinin sədri