Bir qrup ədəbiyyat adamı I Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində Beynəlxalq Türk Müəllifləri Birliyinin təqdimatı ilə TÜRKSOY, Beynəlxalq Türk Akademiyası və İLESAM tərəfindən mükafatlandırıldı.

Kulis.az xəbər verir ki, mükafatlandırılanlar arasında tanınmış yazıçı, şair və ədəbiyyatşünaslar var.

Festival çərçivəsində mükafat almış ədəbiiyat adamlarının siyahısı aşağıdakı kimidir:

 
 

Firuzə Məmmədli – “Türk Dünyası Onur” medalı
Səyyad Aran – “Türk Dünyası Onur” medalı
Kamal Abdulla – “Türk Dünyası Onur” medalı
Qənirə Paşayeva – “Türk Dünyası Onur” medalı
Cavanşir Feyziyevin “Türk Dünyası” kitabı (5 cilddə) – “Türk Dünyası Kitab” mükafatı

Xəyal Rza – “Aytmatov” medalı
Elxan Zal Qaraxanlı – “Vaqif” medalı
Fərid Hüseyn – “Mahtumkulu” medalı
Cavanşir Yusifli – “Toktokul” medalı
Seyfəddin Hüseynli – “Aytmatov” medalı
Ramil Əhməd – “Aşıq Veysəl” medalı
İntiqam Qasımzadə – “Vaqif” medalı
Yunus Oğuz – “Aytmatov” medalı
Elçin Hüseynbəyli – “Aytmatov” medalı
Nizami Tağısoy – “Vaqif” medalı
Cavid Zeynallı – “Əhməd Cavad” medalı
Rəşad Məcid – “Vaqif” medalı
“Aşıq Pəri” məclisi – “Aşıq Veysəl” medalı
Aida Eyvazlı – “Mukan Tölebayev” medalı
Umut Kultaeva – “Aytmatov” medalı
Şarip Amantay – “Vaqif” medalı
Nigina Şermuhammedova – “Nizami” medalı

Beynəlxalq Türk Akademiyası mükafatları:


“Əlişir Nəvai” qızıl medalı – Qənirə Paşayeva
Türk Akademiyasının gümüş medalı – Almaz Ülvi Binnətova, Firuzə Ağayeva, Əkbər Qoşalı, Ağahüseyn Şükürov, Aida Eyvazlı

Qeyd edək ki, Cavanşir Feyziyevə təqdim olunan "Türk Dünyası Kitab" mükafatının dəyəri 3000 manatdır. Və yazıçının istəyi ilə məbləğ "YAŞAT" fonduna köçürüləcək.

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə