Azərbaycan Yazıçılar Birliyi (AYB) katibliyinin növbəti toplantısı keçirilib. Toplantıda qurultayqabağı hazırlıq məsələləri müzakirə edilib. Müzakirələr zamanı qərara alınıb ki, Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayı 30 sentyabr 2022-ci il tarixində təşkil edilsin. Qurultay nümayəndələrinin seçilməsi məsələsində, nizamnaməyə uyğun olaraq, Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyəti, Ağsaqalar Şurası, Gənclər Şurası, Təftiş Komssiyası üzvlərinin, AYB mətbu orqanlarının rəhbərliyinin  tam tərkibdə, seksiya və bölmələrin isə hər on nəfərdən birinin qurultay nümayəndəsi seçilməsinə qərar verilib. Bundan başqa toplantıda Azərbaycan Yazıçılarının XIII qurultayının Bakı şəhərində keçirilməsi məqbul sayılıb və qurultayın keçirilə biləcəyi məkanlar müzakirə edilib.  

Azərbaycan Yazıçılar Birliyinin növbəti toplantısında qurultayın 5 oktyabr tarixnndə keçirilməsi qərara alınıb. 

AYB Mətbuat xidməti 

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə