1942-ci ildə orta məktəbi bitirən gənc şair artıq ilk poemasını- Məhəmməd Hadiyə həsr olunmuş «Xəzan bülbülü» əsərini yazmışdır. 1942-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. Mir Cəlalın rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin üzvü olmuş, şeirlərini «Gəncliyin səsi», «Gənclik töhfəsi» kimi almanaxlarda çap etdirmişdir.
1947-ci ildə Universiteti bitirmiş, aspiranturaya daxil olmuş, 1950-ci ildə «Səməd Vurğunun poeziyası» mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.
O, hələ 60-cı illərdən başlayan mili azadlıq hərəkatının öncüllərindən biri olmuşdur. 1959-cu ildə yazdığı "Gülüstan" poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirmiş, rus və fars imperiasının pənçəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğrundakı ədalədli mübarizəsinə qoşulmuşdur.
Bu poemaya görə 1962-ci ildə şair "Millətçi" damğası ilə Universitetdən çıxarılmış, yalnız 2 ildən sonra yerinə qaytarılmışdır. Sovyet rejimində milli varlığı tapdanan, hər cür məhrumiyyətlərə məruz qalan millətin dərdlərini rəmzlər və müxtəlif ədəbi üsullarla ifadə itmiş, iri həcmli poemaları və pyeslərində hadisələri ya tarixə, ya da başqa ölkələrə keçirərək öz millətinin dərdlərini dilə gətirmişdir. Birbaşa Sovyet diktaturasını ifşa edən əsərlərini isə şair, Sovyetlər İttifaqı dağılandan sonra "Sandıqdan səslər" başlığı altında nəşr etdirmişdir.
1964-cü ildə isə «Səməd Vurğunun yaradıcılıq yolları» adlı doktorluq dissertasiyasını müdafiə etmişdir. 1968-ci ildə «Səməd Vurğun» monoqrafiyası çapdan çıxmışdır.
Şairin elmi-pedaqoji fəaliyyəti universitetlə bağlıdır.
1984-cü ildə xalq şairi adını almış, Akademiyanın müxbir, sonralar isə həqiqi üzvü seçilmişdir.
C.Bayronun «Abidos gəlini» poemasını ana dilimizə tərcümə etmişdir. Bundan başqa, Puşkindən, Lermontovdan, Nekrasovdan tərcümələr etmişdir.
Ədib əməkdar incəsənət xadimi(1974), Azərbaycan SSR Dövlət mükafatı laureatı(1976), «Qırmızı Əmək Bayrağı» ordeni ilə təltif olunmuşdur. Müstəqillik illərində isə Şöhrət ordeni ilə mükafatlandırılmışdır.
1988-ci ildəki xalq hərəkatının liderlərindən biri olmuşdur. Müasir Azərbaycan poeziyasında milli istiqlal və azadlıq ideyalarını yenidən bərpa edən görkəmli xalq şairidir.
Bəxtiyar Vahabzadə 13 fevral 2009-cu ildə 84 yaşında vəfat etmişdir
Qədim şeirimizin müdriklik, fəlsəfi dərinlik kimi ənənələrini ədib müasir şeir üslubu ilə üzvi şəkildə birləşdirmişdir.
Epik, lirik, həm də dramatik növdə mükəmməl əsərlər yazmışdır.
Həm elmi, həm də bədii əsərlər müəllifidir.
1- "Mənim dostlarım", Azərnəşr, 1949
2- "Bahar", "Gənclik", 1950
3- "Dostluq nəğməsi", "Gənclik", 1952
4- "Ədəbi heykəl", Azərnəşr, 1951
5- "Çinar", "Gənclik", 1956
6- "Sadə adamlar", Azərnəşr, 1956
7- "Ceyran", "Gənclik", 1957
8- "Aylı gecələr", Azərnəşr, 1958
9- "Şəbi hicran" (Füzuli haqqında poema), "Gənclik", 1959
10- "Şerlər və poemalar", Azərnəşr, 1961
11- "İki poema", "Gənclik", 1962
12- "İnsan və zaman", Azərnəşr, 1964
13- "Bir ürəkdə dört fəsil", Azərnəşr, 1966
14- "Seçilmiş əsərlər", 1967
15- "Köklər-budaqlar", "Gənclik", 1968
16- "Dəniz-Sahil", "Gənclik", 1969
17- "416", "Gənclik", 1970
18- "Bir baharın qaranquşu", "Gənclik", 1971
19- "Dan yeri", "Gənclik", 1973
20- "Seçilmiş əsərlər" (I cild, şerlər), Azərnəşr, 1974
21- "Seçilmiş əsərlər" (II cild, poemalar), Azərnəşr, 1974
22- "Açıq söhbət", "Gənclik", 1977
23- "Açılan səhərlərə salam", 1970
24- "Pyeslər", "Gənclik", 1980
25- "Payız düşüncələri", "Yazıçı", 1981
26- "Hər çiçəkdən bir ləçək" (Dünya poeziyasından nümunələrindən tərcümələr), "Yazıçı", 1982
27- "Seçilmiş əsərlər" (2 cildlik), 1983-1984
28- "Özümlə söhbət", Azərnəşr, 1985
29- "Axı, dünya fırlanır", "Yazıçı", 1987
30- "Səhər", "Gənclik", 1986
31- "Lirika", Azərnəşr, 1990
32- "Şəhidlər", Azərnəşr, 1990
33- "Nağıl-həyat", "Yazıçı", 1991
34- "Ümidə heykəl qoyun", "Yazıçı", 1991
35- "Vətəndaş", "Gənclik", 1994
36- "Fəryad", "Azərbaycan", 1995
37- "Körppü çaydan uzaq düşüq", "Azərbaycan", 1996
38- "Bir ömür yuxu", "Azərbaycan", 1998
39- "İstiqlal", "Gənclik", 1999
40- "Ağıl başqa, ürək başqa", "Azərbaycan", 2000
41- "Sandıqdan səslər", "Təfəkkür", 2002
Elmi-publisistik kitabları
1- "S.Vurğunun lirikası", Universitet nəşriyyatı
2- "Səməd Vurğun" (monografiya), "Azərnəşr", 1968
3- "Sənətkar və zaman", "Gənclik", 1976
4- "Sadəlikdə böyüklük", "Yazıçı", 1978
5- "Vətən ocağının istisi", "Gənclik", 1982
6- "Dərin qatlara işıq", "Yazıçı", 1986
7- "Gəlin açıq danışaq", Azərnəşr, 1989
8- "Sənbə gecəsinə gedən yol", Azərnəşr, 1991
9- "Yanan da mən, yaman da mən", "Göytürk", 1995
10- "Leyaqət", "Azərbaycan", 1998
11- "Zaman və mən", "Gənclik", 1999
12- "Səməd Vurğun" (rus dilində, E.Talıblı ilə birlikdə), "Azərbaycan", 2000
Türkiyədə çap olunmuş kitabları
1- "Ömrümdən səhifələr", "Ötügən", 2000
2- "Vətən, millət, ana dili", Atatürk kültür başqanlığı yayınları, 2000
3- "Soru işareti", Kaynak yayınları, 2002
Pyesləri
1- "Vicdan" - 1960
2- "İkinci səs" - 1968
3- "Yağışdan sonra" - 1971
4- "Yollara iz düşür" - 1974
5- "Cəzasız günah" - 1975
6- "Dar ağacı" - 1978
7- "Fəryad" (Nəsimi) - 1984
8- "Hara gedir bu dünya" - 1990
9- "Özümüzü kəsən qılınc" - 1998
Başqa dillərdə nəşr olunmuş kitabları
1. Rus dilində - 14 kitab
2. Türk dilində - 15 kitab
3. Erməni dilində - 3 kitab
4. Özbək dilində - 2 kitab
5. Türkmən dilində - 1 kitab
6. Alman dilində - 2 kitab
7. İngilis dilində - 2 kitab
8. İranda Azərbaycan dilində - 5 kitab