O nədir ki, dostluq edir xar ilə,
O kimdir həmdəm olub əğyar ilə,
O nədir ki, baldan şirindir dadı,
O nədir ki, eşqə yaraşmır adı?
O güldür ki, dostluq edir xar ilə,
O yardır həmdəm olub əğyar ilə,
O vüsaldır baldan şirindir dadı,
O hicrandır eşqə yaraşmır adı!

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə