«Ulduz» jurnalı ilə «Ədəbiyyat qəzeti»nin birgə layihəsi
Ötən il «Variasiya» layihəsinə start verdik, hekayə sonluqlarının variasiyaları maraqla qarşılandı. Bu aydan isə müxtəlif dillərdən tərcümə variantına başlayırıq. Şərtimiz çox sadədir: xarici dildə yazılmış bir şeir təqdim olunur, müəlliflər isə onu azərbaycancaya çevirirlər. Bir şeirin onlarla variantı ola bilər. Tərcümələrinizi gözləyirik. Elektron ünvanımız: dursul@mail.ru
Alla Axundovanın «REVNOSTĞ» şeirindən başladıq. Poçtumuza gələn tərcümələri oxuculara təqdim edirik.
Alla AXUNDOVA
РЕВНОСТЬ
А я усну.
И мне приснится,
Как по глазам бежит лисица,
И мнет холодные ресницы,
И как они встают, дрожа.
Мне больно,
Так она рыжа.
Мне больно, больно,
Как от зноя
Бежать по голому песку.
Бежит по мокрому белку –
И держит яблоко глазное
В зубах улыбки на боку.
И острые свои зрачки
В мои зрачки вонзает колко,
Как треугольные значки,
В окружность вписанные тонко.
Так по глазам бежит лисица,
И вся смеется и кичится,
Что снится, Сколько хочет сниться…
В моих ресницах, как в лесу,
Мышкует, только я усну.
QISQANCLIQ
Mənsə yuxulayacam.
Və gözlərimdə dolanan,
o yan - bu yana qaçan
tülkü xanım girəcək yuxuma...
Soyuq, buz kirpikərimi,
əsərək qalxan kirpiklərimi əzəcək, -
görəcəm bütün bunları röyada...
Mənə ağır gəlir, ağır, ağır!
O necə də kürəndir!
Mənə ağır gəlir, ağır,..
Sanki bürkülü havada
çılpaq qum üstündə qaçıram,
ayaqlarım yanır...
O, burda – yaş dolu gözümün
ağıyla qaçır
və gözümün almasın
təbəssümlə dişlərində saxlayır...
İti bəbəklərini gözlərimə batırır –
elə acı-acı, tənə ilə -
elə bil üçbucaqlar
çevrə cızır məharətlə.
Beləcə… qaçır gözlərimdə tülkü xanım,
gülür, lovğalanır, öyünür
və yuxuma girir istədiyi qədər,
kirpiklərim də onunçün
siçan dolu meşələr...
Çevirəni: Hijran HÜSEYNOVA
QISQANCLIQ
Mən yatacam- və bir yuxu,
Gözlərimdən keçir qorxu.
Görürəm ki, tülkü gəzir...
Soyuq kirpiksə əzilir,
Sonra qəfil də dikəlir.
Çox incidim o kürəndən,
Çox üşüdüm bu bürküdə
Buz qumluqla dolaşmaqdan.
Artıq...gözümdə gəzişir,
Göz ağımdan asılır.
Dişlərini qıcayır və öz iti bəbəkləriylə
Gözlərimə sancılır...
Elə bil ki, üçbucaq işarələrdir,
Amma ölçülüb, biçilib, bir dairəyə tikilib.
Gözlərimdə yenə qaçır,
Kürən gülür, çox öyünür.
Yalnız yuxuya dalacam.
Kipriyimi meşə sanır,
Qoy o sansın...mən yatacam....
Çevirəni: Aynur NURLU
QISQANCLIQ
Yuxuya gedəcəm,
və yuxuda mən
gözlərim üstündə tülkü görəcəm.
Soyuq kiprikləri tülkü qanadır,
Kipriklərim titrəyərək, dik qalxır.
Tülkü elə kürəndir ki,
Gözlərimi ağrıdır.
Çox ağrıdır, ağrayıram
Sanki qızmar yay qumunda
Ayaqyalın mən qaçıram.
O, yaşlı gözümdə vurnuxa-vurnuxa
Almacığı bərk tutur,
Əyri təbəssümlər dişlərində tutulur.
Tülkü iti bəbəkləri bəbəklərimə sancır,
Sanki üçkünc işarələr
Çevrədə özünə yer tapır.
Beləcə bu tülkü elə hey qaçır,
hey gülür və yaman lovgalanır ki,
yuxuma gəlir o, istədiyi an,
Kipriklərim arasından
Peyda olur
Mən yuxuya gedən zaman.
Çevirəni: Sima ƏNNAĞI
QISQANCLIQ
Mənsə yuxuluyacam
Və yuxumda,
Gözlərimin üzərində qaçan tülkü görəcəm.
Soyuq kirpiklərimi əzəcək,
Əsərək onlar qalxacaq.
Çox ağrıdır məni,
Necə də kürəndir
Çox ağrıdır məni, çox
Bürküdən
Yalın torpaq üzərində qaçmaq.
Nəm gözlərim üstündə qaçır və gözümü
Təbəssümün dişlərində tutur.
İti göz bəbəyini
Mənim gözlərimə batırır -
Ətrafa zərif yerləşdirilmiş
Üçbucaq işarələri kimi...
Tülkü gözümdə qaçır.
Yuxuma istədiyi qədər girdiyi üçün
Gülür, lovğalanır.
Yatdığım zaman
Kipriklərimin arasında sanki
Meşədəki kimi gəzib dolaşır.
Çevirəni: Nərgiz MƏHƏRRƏMZADƏ
CANFƏŞANLIQ
Yatsam, gözlərimdə tülkü gəzəcək,
Soyuq kirpiyimi basıb əzəcək.
Tüklər biz-biz olub tir-tir əsəcək.
Məni ağrıdacaq o kürən tülkü,
Hopacaq cismimə dözülməz bürkü.
Qaçıb can qurtarmaq cəhdim də nahaq, -
Yalın ayağımı qum yandıracaq.
Nəmli göz pərdəmdə gəzəcək tülkü,
Nə qorxu biləcək, nə də ki hürkü.
Ağzında almacıq baxacaq fəndlə,
Uzanıb güləcək acı rişxəndlə.
Alsam o “almanı” onun ağzından,
İti baxışını sıyırıb qından
Çaxacaq didəmə bir bıçaq kimi,
Çevrəyə salınmış üçbucaq kimi...
Yatsam, gözlərimə tülkü gələcək,
Öyünə-öyünə gəzib güləcək.
Niyə də gülməsin? Mən yatan zaman
Yuxuma girməyi bacarır hər an.
Tülkü öz kefində, öz nəşəsində,
Sanmayın, yuxuma boşuna gəlir.
Mənim kirpiyimin sıx meşəsində
Siçan tutmaq onun xoşuna gəlir.
Çevirəni: Nəsir ƏHMƏDLI
QISQANCLIQ
Gecəm bərk bürünür səssizliyinə,yuxumda növbəli kədərlər yatır, Yuxulu gözlərin işıltısında tülkü cildində o qadın qaçır. Sızlayan kirpiklər soyuq havadan,titrəyib qovuşur röya yolunda, O isə pozmayıb kef-əhvalını, əsir kirpiyimin nəm qovşağında. Eh!- bu ağrıların qəm yağışında,o kürən qadının özü görünür, Bürkülər bürüyən sevən qəlbimdə çılpaq qum selinin izi görünür. Qaçır nəm gözümün almacıqları,təbəssüm çiləyir göz bəbəyimdə, Ancaq o qadının sərt baxışları,boğur təbəssümü sərt diləyində. Hiyləgər gülüşlü bu kürən qadın düzbucaq tilinin sərt simvolu tək, Səpdiyi qısqanclıq istehzaları,gözlər bəbəyimin içinə batır, Bahar gözlərimin işıltısında bu lovğa tülkünün surəti yatır. Çevirəni: Səadət ƏLƏKBƏROVA