Mən gecələr

zülmətdən asılıram.

Boşluq hürür üstümə...

 

Mən zülməti

ürəyimlə yarıram

Gecə durur qəsdimə.

Mən gecələr ağlayıram,

Yuyulub durulmaq üçün.

Gələn səhər yenidən,

Təmiz doğulmaq üçün.

Mən gecələr yorulmuram

Ulduzların üzün silirəm,

Ayın tozun alıram.

Qap-qara pərdələri,

Çəkib yerə salıram...

Oyanıb yuxudan

Gülümsəyir Günəş,

Gülümsəyir şəhər,

Gülümsəyir ölkələr!

Çalınır kilsə zəngləri,

Oxunur Krişna nəğmələri,

Çəkilir azan...

Hamı SƏNİ axtarır -

Salam, Allahım, salam !!!

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə