Qəhrəman yetişmir, doğulur, qardaş.
Yaşa Ramil kimi, öl Mübariz tək!
İgidə yarağı olarmış sirdaş.
Yaşa Ramil kimi, öl Mübariz tək!
Sinə gər meydanda yağı düşmənə.
Qisas al, heç baxma aman deyənə.
Qan uddur zalıma...
Deyirəm yenə,
Yaşa Ramil kimi, öl Mübariz tək!
Namus da Vətəndir, qeyrət də vətən,
Bilməz nə deyirəm hər yoldan ötən.
Doğuldunsa əgər bu diyarda sən,
Yaşa Ramil kimi, öl Mübariz tək!