Göydə Allahı axtaran,
Heyif, içində görmədi.
Tanrı çox şey verdi bizə,
Hərəyə bir şey vermədi.

Bu gecəni, bu gündüzü,
Gah bağlayıb, açan özü,
Yaşadı bu həyat bizi,
Heç kim, öz ömrün sürmədi.

Allahın da evi birdi,
Tavanı göy, polu yerdi,
Yarımçıqdır, bu bir sirdi,
Evin divarın hörmədi.

Yaşamaq bir günahdırsa,
Ölüm sonuncu ahdırsa,
Hökmü verən Allahdırsa,
Dünya nə gözəl türmədi.

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə